Futbol ictimaiyyəti gizli qəhrəmanlara təşəkkür edir- VİDEO

Videoçarxda Azərbaycanın əsas, qadınlardan ibarət və müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarının futbolçuları, yığma və klubların baş məşqçiləri yer alıblar

Futbol ictimaiyyəti gizli qəhrəmanlara təşəkkür edir- VİDEO

Azərbaycan futbol ictimaiyyəti ;koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə təşəkkürünü bildirib. ;

"Report" xəbər verir ki, AFFA bununla bağlı rəsmi "Facebook" səhifəsində video paylaşıb. ;

Videoçarxda Azərbaycanın əsas, qadınlardan ibarət və ;müxtəlif yaş kateqoriyaları üzrə ;milli komandalarının ;futbolçuları, yığma və klubların ;baş məşqçiləri ;yer alıblar.

AFFA-nın icraçı ;vitse-prezidenti Elxan Məmmədov, vitse-prezident və ;Məşqçilər Komitəsinin sədri ;Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, veteran futbolçu Vəli Qasımov, AFFA-nın texniki direktorunun köməkçisi Yunis Hüseynov da Gizli Qəhrəmanlara təşəkkür edənlər sırasındadır. ;