Gürcüstan dövlət sərhədini keçənlər üçün YENİLİK

Gürcüstan hökumətinin qərarı ilə ölkənin quru sərhəd-keçid məntəqələri yaxınlığında əlavə karantin zonaları yaradılacaq.

Gürcüstan dövlət sərhədini keçənlər üçün YENİLİK
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.

Onun sözlərinə görə, əlavə karantin yerləri “Lars”, “Qırmızı körpü” və “Sarp” sərhəd-keçid məntəqlərinə yaxın ərazilərdə təşkil olunacaq.

İ.Çikovani qeyd edib ki, bu, koronavirusla bağlı vəziyyəti daha yaxşı idarə etməyə imkan verəcək.