"Gəncə məhbusu" həbsdə öldü

https://www.peyk.az

Gəncə hadisələrinə görə 20 il azadlıqdan məhrum edilən Eşqin Quliyev Penitensiar Xidmətin müalicə müəssisəsində ölüb.

Bunu Axar.az-a açıqlmasında Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.

O, məhbusun ötən gün dünyasını dəyişdiyini bildirib: “Quliyev Eşqin Zahid oğlun Pentensiar Ximətin tabeliyində olan müəssisəyə daxil olan gündən tibbi müayinədən keçirilib və onda bir sıra infeksion xəstəliklər olduğu müəyyən edilib. E.Quliyev dərhal həkim nəzarətinə götürülüb, müvafiq müayinədən keçiriləndən sonra ona intensiv müalicə kursu təyin edilib. Buna baxmayaraq, E.Quliyev sentyabrın 29-da Pentensiar Xidmətin müalicə müəssisəsində dünyasını dəyişib”.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb.

Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.