Gənc qadın 2 uşağı ərinin üstünə atıb qaçdı - FOTO

Gənc qadın 2 uşağı ərinin üstünə atıb qaçdı - FOTO
https://peyk.az

Xəzər televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Səni axtarıram" verilişinə müraciət edən Əli adlı şəxs şok açıqlamalar verib.

Peyk.az ölkə.az-a istinadən xəbər verir ki, o, açıqlamasında bildirib ki, onun həyat yoldaşı 2 övladını da onun üstünə ataraq evdən gedib.

 

"Bundan əvvəl də həyat yoldaşım bir dəfə evi tərk edib. Məndə olan məlumata görə, o, atasigildədir. O, evdən gedərkən 5 aylıq hamilə idi. Ancaq uşağın doğulub- doğulmaması barədə heç bir məlumatım yoxdur".

Qeyd edək ki, Əli öz qardaşı ilə bacanaqdır. O, qayınanası və qardaşı haqqında daha bir dəhşətli açıqlama verib.

"Qardaşım dedi ki, qaynanamgil mənə qara selafon torbada bir uşaq meyiti verdilər ki, həyətdə basdırım".