Home Mədəniyyət Gənc rəssamın “Ruh”u

Gənc rəssamın “Ruh”u

139
0

Dekabrın 17-də İçərişəhərdə yerləşən Müasir İncəsənət Mərkəzində gənc rəssam Ruhulla Həsənzadənin “Ruh” adlı fərdi sərgisi açılıb.

PEYK.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə rəssamın 30-a yaxın əsəri nümayiş olunub.

Sərgidə Xalq rəssamı Arif Əziz, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və başqaları çıxış edərək rəssamın özünəməxsus, orijinal sənət dünyasından söz açıblar.

Bildirilib ki, Ruhulla Həsənzadə 1993-cü ildə Bakıda rəssam ailəsində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinin məzunudur. Bu günə qədər bir sıra yerli və beynəlxalq sərgilərdə iştirak edib. Rəngkarlıq sahəsində bir çox əsərin müəllifidir. Münxendə yerləşən Avropa Təbii Elmlər Akademiyasının üzvüdür. Hazırda həm də kitab illüstrasiyası ilə məşğuldur.

Diqqətə çatdırılıb ki, sərgidə rəssamın bu günədək müxtəlif yerli və xarici sərgilərdə nümayiş olunmuş işləri ilə yanaşı, həm də yeni əsərləri yer alıb.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Ruhulla Həsənzadə bu sərginin onun üçün əlamətdar bir günə təsadüf etdiyini söyləyib. Bildirib ki, bu gün atası heykəltəraş-rəssam İbrahim Həsənzadənin 65 yaşı tamam olur. Bu səbəbdən də o, bu sərgini iki yaradıcı insanın – ata ilə oğulun birgə sərgisi kimi dəyərləndirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Gənc rəssam əsərləri ilə insanları öz ruhlarına azadlıq verməyə, onu dinləməyə çağırır. Sərgi vasitəsilə insan sanki eqonun yox olduğu, yalnız azadlığın, tanrının, sevginin, rənglərin danışdığı bir mühitdə düşür.

Üç gün davam edəcək sərgiyə giriş sərbəstdir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here