Gələn həftəsonu da evdən çıxmaq qadağan

“Qərarlar heç də təsadüfən qəbul edilməyib. Burada beynəlxalq təcrübə əsas götürülüb”.

Gələn həftəsonu da evdən çıxmaq qadağan

“Qərarlar heç də təsadüfən qəbul edilməyib. Burada beynəlxalq təcrübə əsas götürülüb”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, yalnız insanların küçələrə çıxma qadağası yetərli deyil:

“İnsanlar maska taxmalı, qaydalara əməl etməlidirlər. Belə məhdudiyyətlərdən sonra insanlar azadlığa daha çox meyil edir və sərt nəticələrə gətirib çıxarır. Biz bunu karantin rejiminin tədricən yumşaldılması mərhələsində gördük”.

O qeyd edib ki, növbəti həftəsonu sərt karantin rejiminin tətbiqi barədə danışmaq tezdir:

“Bu qərar göstəricilərdən asılı olacaq. Bu təcrübədən artıq bir sıra dünya ölkələri -Türkiyə, İsrail istifadə edir. Bu qərar müxtəlif ekspertlərin ciddi rəyi ilə qəbul olunub”.Peyk.Az

Peyk.Az