Gmail yenilənir: Nələr dəyişəcək? Nə yeniliklər olacaq?

Google şirkətinə məxsus servislərdən biri olan Gmail yenilənir. İstifadəçilərə təqdim etdiyi bir çox yenilik və sadə interfeysi ilə sevilən Gmail mail servisinə bəzi yeni funksiyalar əlavə ediləcək. Həmçinin servisin dizaynı da bu funksiyalara uyğun olaraq yenidən hazırlanıb. Slack ilə rəqabətdə daha aktiv ola bilmək üçün Google öz mail xidmətinə gələcək olan yeniliklər haqqında bloq yazısı paylaşıb.

Peyk.az Technote.az-a istinadən xəbər verir ki, Google tərəfindən verilən məlumata görə artıq istifadəçilər söhbət kateqoriyasına daxil olaraq bir başqa istifadəçi ilə söhbət edə biləcək. Həmçinin bura Google Drive inteqrasiyası da əlavə ediləcək. Beləliklə istifadəçilər söhbət zamanı asanlıqla fayl paylaşımı edə biləcək. Bundan başqa bu yeni funksiyalar ilə birliktə Google korporativ şirkət işçilərinin şirkətxarici insanlarla da söhbət etməsini mümkün edə biləcək. Qısaca Slack platformunda olan funksiyanın daha genişləndirilmiş bir forması olacaq.

Bundan başqa istifadəçilər söhbət kateqoriyasından gələn mesajları mail-lər arasında görə biləcəklər. Bundan başqa axtarış sistemi söhbət kateqoriyasındakı mesajlar üçün də aktivləşdiriləcək. Google tərəfindən verilən məlumatlara görə yenilənmiş dizayn və bu funksiyalar ilk öncə G Suite istifadəçilərinə bu həftə ərzində təqdim ediləcək. Lakin bu final versiya olmayacaq. Son versiyanın bu ilin sonuna kimi aktiv istifadəyə veriləcəyi təxmin edilir.

www.Peyk.az