“Gəncə Avtomobil Zavodu”nun rəhbəri dəyişib

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru Kamran Nəzərov uzunmüddətli məzuniyyətə çıxıb

“Gəncə Avtomobil Zavodu”nun rəhbəri dəyişib

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru Kamran Nəzərov uzunmüddətli məzuniyyətə çıxıb.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, hazırda onu I müavini Bağban Nəbiyev əvəz edir.

İstehsalat Birliyi K.Nəzərovun məzuniyyətinin səbəbi və nə qədər davam edəcəyi barədə açıqlama verməyib. ;