Gəncə sakini 85 yaşlı anasını döydü

"Ölkə.Az"ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Gəncə sakini 85 yaşlı anasını döydü

Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, qadını içki aludəçisi olan oğlu döyüb. Həkimlər G.Köçəriyevanın vəziyyətini kafi qiymətləndirirlər.

Hadisənin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.