Gömrük hospitalı koronavirus səbəbi ilə bağlandı — Rəsmi AÇIQLAMA

"Ölkə.Az" xəbər verir ki, bu günə qədər 8 191 nəfərdə koronavirus aşkarlanıb. Hazırda isə 3 487 aktiv xəstə müalicəsini xüsusi rejimli xəstəxanalarda davam etdirir.

Gömrük hospitalı koronavirus səbəbi ilə bağlandı — Rəsmi AÇIQLAMA

Xəstə sayının çoxalması isə xəstəxanalara təlabatı artırır.

Gömrük Hospitalından Qazet.az-a verilən məlumata görə, hospital sabahdan etibarən fəaliyyətini dayandıracaq.

“Sabahdan etibarən hospital fəaliyyətini dayandırır. Səbəb isə koronavirusla bağlıdır. Yanlız COVID-19 xəstələrini qəbul edəcəyik”, – deyə hospitaldan bildirilib.

Qazet.az-ın suallarını cavablandıran TƏBİB-in sözçüsü Rəvanə Əliyeva isə bildirib ki, xəstəxanalarla bağlı ölkədə ciddi çatışmazlıq hələ ki, yoxdur.