Google”un işində yenidən problemlər yarandı

Dünyanın bir sıra ölkəsində

Google”un işində yenidən problemlər yarandı

Dünyanın bir sıra ölkəsində “Google” şirkətinin xidmətlərinin işində problemlər yaranıb.

Peyk.az-ın məlumatına görə, bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” xidmətinin saytında məlumat verilib.

Bildirilir ki, əsasən problemlər “Google” axtarış sistemində, “YouTube TV” striminq xidmətində, “Youtube Music” musiqi xidmətində və “Google Play” tətbiqlər mağazasında müşahidə edilib.

“Google” istifadəçilərin təxminən 50 faizi axtarış sistemində problemlərlə üzləşib, daha 50 faizi isə özünün hesabına daxil ola bilməyib. “YouTube TV” istifadəçilərinin 94 faizi videoların yüklənmədiyini, 3 faizi hesaba daxil ola bilmədiyini, 2 faizi isə tətbiqdə problemlərin olduğunu bildirib. “Youtube Music” istifadəçilərinin 93 faizi audiyazıları dinləməkdə, 3 faizi saytın işində, daha 3 faizi isə tətbiqin işində problemlərlə üzləşiblər. “Google Play” istifadəçilərinin 65 faizi tətbiqlər yükləyə bilmədiklərini, 24 faizi birləşmənin olmadığını, 10 faizi isə hesaba daxil ola bilmədiklərini qeyd ediblər.

Texniki qüsurlar əsasən ABŞ, Avstraliya, Fransa, Böyük Britaniya, Braziliya və Hindistanda qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda da “Google” şirkətinin xidmətlərinin işində problemlər müşahidə edilir.

www.Peyk.az