“Google” şirkəti Macarıstan hökumətinə qarşı iddianı uda bilər

Avropa İttifaqı Məhkəməsinin (CJEU) baş vəkili bildirib ki, “Google” şirkəti reklam vergisi barədə Macarıstan hökumətinə qarşı iddia qaldırmaqda haqlıdır.

“Google” şirkəti Macarıstan hökumətinə qarşı iddianı uda bilər
https://www.peyk.az

Avropa İttifaqı Məhkəməsinin (CJEU) baş vəkili bildirib ki, “Google” şirkəti reklam vergisi barədə Macarıstan hökumətinə qarşı iddia qaldırmaqda haqlıdır.

AZƏRTAC Macarıstan KİV-lərinə istinadla xəbər verir ki, baş vəkilin bu rəyi məhkəmə verdiktini əvəz etmir, lakin təcrübədə Avropa İttifaqı Məhkəməsi çox nadir hallarda baş vəkilin rəyinə zidd olan qəti qərar çıxarır.

CJEU bu il yayda belə qətnamə çıxarıb ki, Macarıstan hökuməti tərəfindən tətbiq edilən reklam vergisi qeyri-qanuni olub. Məhz buna görə də, “Google” şirkətinin Avropada qalib gəlmək şansı yüksəkdir. Macarıstan hökuməti istəyirdi ki, internetdə (məsələn, macar portallarında) macar dilində reklam yerləşdirən bütün şirkətlər reklam vergisi ödəsinlər. Hökumətin qərarına görə, reklam dərc etməyə hazırlaşan hər bir şirkət Macarıstan ərazisində hüquqi şəxs kimi qeydiyyata alınmalıdır. Əks halda həmin şirkəti cərimə gözləyir. Macarıstan vergi orqanının (NAV) fikrincə, “Google” şirkəti bilərəkdən bu öhdəliyə riayət etməyib və beləliklə, Macarıstanın reklam bazarında yerli rəqibləri qarşısında üstünlük qazanıb. “Google” şirkəti Aİ məhkəməsinə müraciət edib, çünki onu gözləyən cərimənin məbləği macar şirkətlərinə tətbiq edilən cərimə ilə müqayisədə qat-qat çox idi.

Baş vəkilin ekspert rəyində qeyd edilir ki, əgər mənfəət vergisinin tətbiq edilməsi macar dili ilə bağlı deyilsə, bu halda Aİ qanunları pozulmur. CJEU-nun baş vəkilinin fikrincə, qeydiyyat barədə öhdəlik tətbiq edilməsi də Aİ qanunlarına zidd deyildir.