Goranboyda avtomobil motosikletlə toqquşdu, xəsarət alan var

Goranboy rayonunda ağır yol qəzası qeydə alınıb.

Goranboyda avtomobil motosikletlə toqquşdu, xəsarət alan var
https://peyk.az

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. Qəzaya səbəb "VAZ-2114" markalı maşınla motosikletin toqquşması olub.

Nəticədə 1978-ci il təvəllüdlü Afdandil Teymurov ağır xəsarət alıb. Yaralı Goraboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun bədəninin əksər hissəsində qırıqların olduğu müəyyən edilib.

Fakla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.