Göyçayda dolu yağdı — Təsərrüfata ziyan dəydi

"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Göyçay şəhərinə və kəndlərə güclü leysan yağışı yağıb, rayonun Çərəkə və Xəlitli kəndlərinə isə dolu düşüb. ;

Göyçayda dolu yağdı — Təsərrüfata ziyan dəydi

Dolu dənələri pomidor və xiyar istixanalarının selofan örtüyünü yararsız hala salıb, tərəvəz məhsullarını, ağaclardakı gilas, ərik və alçanı tələf edib, taxıl sahələrinə ziyan vurub. ;

Yağıntı səbəbindən kənd sakinlərinə xeyli maddi ziyan dəyib.

Ölkə.Az