Göyçayda yol qəzası olub, xəsarət alanlar var

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Göyçayda yol qəzası olub, xəsarət alanlar var
https://peyk.az

Peyk.az apaya istinadən xəbər verir ki, qəza bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhərindən keçən hissəsində qeydə alınıb.  

Bakı sakini 1983-cü il təvəllüdlü Poladxanov Ramin Elxan oğlunun idarə etdiyi "Hyundai" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub.  

Hadisə zamanı minik avtomobilinin sürücüsü və sərnişini, 1992-ci il təvəllüdlü Hilal Müslümov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.