Göygöldə dəhşətli cinayət: Yeyib-içib dostlarını meşədə basdırdılar — ŞOK TƏFƏRRÜAT

"Ölkə.Az"ın demokrat.az-a istinadən məlumata görə, onu mütəşəkkil dəstə tərkibində bir qrup şəxs - Cavid Cəfərov, Qoçu Kərimov və Aqil Rüstəmovun öldürdüyü, həmin ərazidə basdırlıqdları məlum olur.

Göygöldə dəhşətli cinayət: Yeyib-içib dostlarını meşədə basdırdılar — ŞOK TƏFƏRRÜAT

İstintaq sənədlərinə görə, Cavid Cəfərov 2016-cı ilin yanvar ayının əvvəllərində atası Nəriman Cəfərova məxsus olan “Mercedes Benz” markalı avtomobili Gəncə şəhərindəki “Maşın bazarı” adlanan yerdə əvvəllər tanımadığı Eldar Əliyevə 4800 ; manata satılması, alqı-satqının rəsmiləşdirilməsinin isə həmin avtomobilin dəyərinin tam ödənildikdən sonra aparılması barədə sonuncu ilə razılığa gəliblər. Yanvarın 3-də o, Eldar Əliyevdən ilkin olaraq 3000 manat, yanvarın 24-də 750 manat, fevralın 3-də 900 manat pul alıb.

Maşın alverinin sövdələşməsi

Nəticədə Eldar Əliyevin Cavid Cəfərova 150 manat borcu qalıb. Həmin müddət ərzində Eldar Əliyev ondan aldığı “Mercedes Benz” markalı avtomobilin zədəli olduğunu müəyyən edib, avtomobili normal hala gətirmək üçün satıcı kimi birlikdə avtomobili avtotəmir sexinə qoyub.

Orada avtomobilə ustalar tərəfindən baxıldıqda təmir xərclərinin ümumilikdə 550 manat təşkil edəcəyi müəyyən edilib.

Daha sonra avtomobilin təmiri başa çatdıqda onu birlikdə baha qiymətə satıb, əldə edəcəkləri puldan Eldar Əliyev Cavid Cəfərova verdiyi 4650 manatı və təmirə sərf olunacaq pulları götürəcəyini bildirib.

Satdığı maşının da, aldığı pulu da ələ keçirmək planı

Buna görə də Cavid Cəfərov Eldar Əliyevdən avtomobilin satışından əldə etdiyi 4650 ; manat pulu özündə saxlamaqla və avtomobilin alğı-satqısı rəsmi olaraq sənədləşdirilmədiyindən, bundan istifadə edib və avtomobili də təmir sexindən götürməklə, həm pulu, həm də avtomobili özününküləşdirmək məqsədilə, yəni tamah məqsədi ilə Eldar Əliyevi öldürmək qərarına gəlib.

Cavid Cəfərov bu barədə yaxın yoldaşlıq etdiyi qonşuları Qoçu Kərimov və Aqil Rüstəmova bildirib, sonuncuların həmin cinayətdə iştirakı haqda razılıqlarına nail olub.

Dostların qətl planı

Daha sonra hər üçü Eldar Əliyevə qonaqlıq vermək adı ilə onu Göygöl rayonu, Balçılı kəndi ərazisində yerləşən “Nurəddin bulağı” adlanan əraziyə aparıb, orada yeyib-içdikdən sonra öldürməyi qabaqcadan planlaşdırıblar.

Cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən, yəni fevralın 15-də, saat 12 radələrində Cavid Cəfərov Qoçu Kərimov və Aqil Rüstəmov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, onun təklifi ilə öz evi və Qoçu Kərimovun evindən götürdükləri iki ədəd bel, bir ədəd dəmir ling və bir ədəd külüngü Aqil Rüstəmovun idarə etdiyi “VAZ-2101” markalı avtomobillə Göygöl rayonu, Axarca kəndinin inzibati ərazisindəki meşəlik sahədə Eldar Əliyevi öldürdükdən sonra basdıracaqlarını nəzərdə tutduqları yerə aparıb, orada gizlədiblər.

Qətl gününü yol əhvalatı

Fevralın 25-də, saat 11 radələrində Cavid Cəfərov Göygöl rayonu, Balçılı kəndində Qoçu Kərimov və Aqil Rüstəmovla görüşüb, oradan birlikdə sonuncunun idarə etdiyi “VAZ-2101” markalı avtomobillə Gəncə şəhərinə gəliblər.

Cavid Cəfərov mobil telefonla Eldar Əliyevə zəng edib və onun harada olduğunu soruşub. Sonuncunun Gəncə şəhərində “ATS” deyilən yerdə olduğunu öyrəndikdən sonra birlikdə Aqil Rüstəmovun idarə etdiyi “VAZ-2101” markalı avtomobillə həmin yerə gəliblər.

Orada Eldar Əliyevlə görüşüb, ona birlikdə istirahət etməyi təklif ediblər, sonra gəldikləri avtomobilə dəvət etdikdən sonra əvvəlcədən planlaşdırdıqları kimi Eldar Əliyevi öldürmək məqsədilə Göygöl rayonu, Balçılı kəndində yerləşən “Nurəddin bulağı” adlanan yerə aparıblar.

“Nurəddin bulağı”da içki məclisi və qətl

Həmin yerə çatdıqda Cavid Cəfərov birlikdə avtomobil təmiri ilə məşğul olan Xəyal Məmmədovu oraya dəvət edərək ona əvvəllər verdiyi ağır çəkici gətirməyi tapşırıb. Xəyal Məmmədov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə onların yanına gəldikdə isə Cavid Cəfərov onun idarə etdiyi avtomobilin yük yerində olan ağır çəkici götürüb, cinayətin aləti kimi istifadə etmək üçün Aqil Rüstəmovun idarə etdiyi “VAZ- 2101” markalı avtomobilin yük yerinə qoyub.

Xəyal Məmmədov isə anasını xəstəliyi ilə əlaqədar həkimə aparacağını deyib və onlardan ayrıldıqdan bir müddət sonra, yəni həmin gün, saat 18 radələrində Göygöl rayonu, Balçılı kəndində yerləşən “Nurəddin bulağı” adlanan ərazidə Cavid Cəfərov Eldar Əliyevlə yemək yeyib, spirtli içki qəbul edərək tamah məqsədi ilə Aqil Rüstəmov və Qoçu Kərimovla Eldar Əliyevi öldürüb meyitini gizlətmək barədə əldə olunmuş razılığa əsasən bir-biriləri ilə hərəkətlərini uzlaşdıraraq, cinayətkar qəsdini həyata keçirmək üçün “VAZ-2101” markalı avtomobilin yük yerində olan ağır çəkici götürüb, qəsdən Eldar Əliyevin baş nahiyəsindən iki dəfə zərbə endiriblər. Eldar Əliyevin ölümünə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetiriblər.

Onlar Eldar Əliyevi tamah məqsədi ilə qəsdən həyatdan məhrum etdikdən sonra meyitini əvvəlcədən razılaşdıqları kimi Qoçu Kərimov və Aqil Rüstəmovla birlikdə sonuncunun idarə etdiyi “VAZ-2101” markalı avtomobilin yük yerinə qoyublar.

Bu zaman onlar Eldar Əliyevə məxsus mobil telefonun şəbəkəsi vasitəsi ilə onların sonuncu dəfə harada olduqları yerin gələcəkdə hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilməsini güman etdiklərinə görə Cavid Cəfərov mobil telefon cihazını götürmək məqsədilə zərərçəkmişin əynindəki gödəkcənin ciblərini axtarıb.

Meyitin üstündəkiləri belə soydular

Cavid Cəfərov buna etiraz etməyən Qoçu Kərimov və Aqil Rüstəmovun yanında qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Eldar Əliyevin meyitinin əynində olan həmin gödəkcənin cibindən içərisində onun adına verilmiş AZE seriyalı 03867345 qeydiyyat nömrəli şəxsiyyət vəsiqəsi və digər mühüm şəxsi sənəd olan AE seriyalı 100050 qeydiyyat nömrəli sürücülük vəsiqəsi, “QAZ-31105” markalı AZ20-CH-275 dövlət nömrə nişanlı avtomobilin AC seriyalı 433416 nömrəli qeydiyyat şəhadətnaməsi, həmin avtomobilə dair ƏN-III seriyalı 507005 nömrəli etibarnamə, AD seriyalı 511725 nömrəli sığorta şəhadətnaməsi, 10 manat 20 qəpik dəyərində sosial müavinət kartı olan 20 manat dəyərində portmaneni, habelə, Eldar Əliyevə məxsus 52 manat məbləğində pulu və 50 manat dəyərində “Samsung Galaxy Ace 3” markalı mobil telefonu aşkar edərək götürüb.

Meyiti apardıqları maşın çuxura düşdü

Bundan sonra həmin mobil telefon cihazını sındırıb və Eldar Əliyevdən taladığı 52 manat pulu Qoçu Kərimovun tələbi ilə sonuncuya verib, portmaneni isə sənədlərlə birlikdə özü ilə götürdükdən sonra Eldar Əliyevin meyitini Aqil Rüstəmovun idarə etdiyi “VAZ-2101” markalı avtomobilin yük yerində Göygöl rayonu, Axarca kəndinin inzibati ərazisində yerləşən meşəlik sahədə əvvəlcədən bel və digər alətləri gizlətdikləri yerdə basdırmaq məqsədilə aparan zaman yolda həmin avtomobil çuxura düşüb.

Buna görə Cavid Cəfərov kömək üçün Xəyal Məmmədovu mobil telefon ilə Göygöl rayonu, Axarca kəndinə gedən yola avtomobilin çuxura düşərək dayandığı yerə çağırıb. Xəyal Məmmədov həmin yerə gəldikdə onun Eldar Əliyevi qəsdən öldürdüyünü və meyitini Göygöl rayonu, Axarca kəndinin inzibati ərazisində yerləşən meşəlik sahədə basdırmağa aparmaq üçün Aqil Rüstəmovun idarə etdiyi “VAZ- 2101” markalı avtomobilin yük yerinə qoyduqlarını bilib.

Dostlar öldürdükləri şəxsi meşədə basdırdılar

O, Qoçu Kərimov, Xəyal Məmmədov və Aqil Rüstəmovla birlikdə Eldar Əliyevin meyitini sonuncunun idarə etdiyi “VAZ-2101” markalı avtomobilin yük yerindən götürüb və Xəyal Məmmədovun idarə etdiyi “VAZ 2101” markalı avtomobilin yük yerinə qoymuş və həmin avtomobilin sükanı arxasına keçərək Göygöl rayonu, Axarca kəndinin inzibati ərazisində yerləşən meşəlik sahəyə birlikdə aparıblar.

Orada əvvəlcədən gizlətdikləri iki ədəd bel, birədəd dəmir ling və bir ədəd külüngdən istifadə etməklə Eldar Əliyevin meyitini torpağa basdırıblar.

Qətlin üstü necə açılıb?

İstintaq orqanı tərəfindən Cavid Cəfərov, Qoçu Kərimov və Aqil Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Cəfərov 18 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Digər iki təqsiləndirilən Qoçu Kərimov və Aqil Rüstəmov da eyni ittiham üzrə təqsirli bilinərək məhkum olunublar.

Hökmdən narazı qalan zərərçəkmiş Eldar Əliyevin hüquqi varisi Aynurə Əliyeva apelyasiya şikayəti verib, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin olunub və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Cavid Cəfərovun cəzası 20 ilə qədər artırılıb. Onun cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müyyən edilib.

Bu qərardan narazı qalan Cavid Cəfərov cəzasının yüngülləşdirilməsi üçün kasasiya şikayəti verib.

Ali Məhkəmənin qərarı ilə onun kasasiya şikayəti təmin edilməyib.