Gözəl mənzərəli karantin: Maşınını evə çevirərək, özünü təcrid etdi - VİDEO

Rusiyalı məşhur fotoqraf Stanislav Tolstnev karantin müddətini sivilizasiyadan uzaqda keçirmək məqsədilə avtomobilini evə çevirərək, Baykal gölünün sahilinə köçüb. RT-nin məlumatına görə, o, qeyri-adi təcrübəsi barədə özünün “Facebook” səhifəsində xəbər verib. S.Tolstnevin sözlərinə görə, səfər üçün əməlli-başlı hazırlaşıb:

Gözəl mənzərəli karantin: Maşınını evə çevirərək, özünü təcrid etdi - VİDEO

Rusiyalı məşhur fotoqraf Stanislav Tolstnev karantin müddətini sivilizasiyadan uzaqda keçirmək məqsədilə avtomobilini evə çevirərək, Baykal gölünün sahilinə köçüb.

RT-nin məlumatına görə, o, qeyri-adi təcrübəsi barədə özünün “Facebook” səhifəsində xəbər verib.

S.Tolstnevin sözlərinə görə, səfər üçün əməlli-başlı hazırlaşıb:

“UAZ Patriot”umu evə çevirmək fikri karantin və koronavirusla bağlı baş verənlərdən çox-çox əvvəl gəlmişdi. Məsələ burasındadır ki, mən vəhşi təbiətdə çox gəzirəm, foto və video çəkirəm. Bu dəfə təsadüf elə gətirdi ki, karantin başladı, mən də Baykal gölünə getməli idim. Yaz tətili olduğu üçün oğlum Saşanı da özümlə götürdüm”, - deyə Stanislav bildirib.

Onun maşını lazım olan bütün vasitələrlə, o cümlədən günəş batareyası ilə təchiz olunub. Fotoqrafın sözlərinə görə, günəş stansiyasından topladığı enerji kamera, noutbuk, işıqlandırma, mini-soyuducu, hətta mikrodalğalı sobaya da çatır.

Stanislav bütün gününü çəkilişlər etməklə, ya da çəkdiyi fotoların üzərində işləməklə keçirir.