Gözəl qadınların vurğunu, bahalı həyatı sevən — Qabon prezidenti Ali ben Bonqo

;“Ölkə.Az” ; Qabon prezidenti Ali ben Bonqo Ondimbenin həyatı haqqında yazını təqdim edir.

Gözəl qadınların vurğunu, bahalı həyatı sevən — Qabon prezidenti Ali ben Bonqo

2010-cu ildə Ali ben Bonqo Ondimbe Prezident seçildikdən ; bir gün sonra ; yeni avtomobillər almaq üçün 15 milyon Avro xərcləyib. 3 aylıq prezidentlik dövründə o avtoparkındakı maşınların sayını 29-a çatdırır. Bu maşınların hamısı bahalı maşınlar olur. Ali ben Bonqo ingilis və alman maşınlarının vurğunu ; olub. O bir gündə 3 Mercedes-Benz CL 63 AMG (onalrın həmin zaman hər birinin qiyməti 140min Avroya yaxın olub), 2 Rolls-Royce Phantom ( hərəsinə 430min Avro), 265 min Avroya Rolls-Royce Ghos və dəyəri təqribən ; yarım milyon Avroya Bentley Mulsanne alır. Bunlarla yanaşı, hər biri 2,5 milyon Avroya 2 VİP-avtobus alır.

Ali Bonqo ; öz yaxınlarına 4 BMW, 11 ; Mercedes-Benz, Maybach 625 və Rolls-Royce Drop Head alır. Bütün bu maşınlar ona 8 milyon Avroya başa gəlir. Bununla yanaşı olaraq ; əlavə avadanlıq və servis ; xidməti üçün 7 milyon Avro ödəməli olur. Fransa mətbuatının yazdığına görə, bütün bu alqı-satqını Qabon vergiödəyiciləri hesabına həyata keçirilib. Ali Bonqonun belə təmtəraqlı həyat tərzi sürməsi atası, Qabonun sabiq prezidenti Ömər Bonqo Onrimbadan qalıb.

Ən varlı afrikalı

Qeyd edək ki, Ali Bonqo Ondimbanın ; atası 1967-ci ildə ; hakimiyyətə gəlib. O hakimiyyəti dövründə daha çox qalmaqalları ilə yadda qalıb, xüsusən də xaricdə... Belə ki, xarici ölkələr və media onun korrupsiyada ittiham ediblər.

;Omar Bonqo dünyanın ən varlı prezidentlərindən biri hesab olunub. Onu hətta usta korrupsioner adlandırıblar.

Bonqo öz rahatlığını təmin etmək üçün büdcədən nə qədər vəsait götürürdüsə, bir o qədər də vəsaiti ; büdcədə saxlayaraq ; ölkədə ; daxili sabitliyi təmin etmək üçün sərf edirdi.

Bonqo Ondimbanın ; ; təkcə Fransa da ; bahalı, lüks 33 daşınmaz əmlakı olub. Bu evlər və villalar, ; Parisdə və Nitsada olub. Ondimbanın ən bahalı mülkü isə Elisey sarayı yaxınlığındakı 18 milyon Avroya olan ; malikanəsi olub. Bundan əlavə olaraq ; Triumfal arkanın yanında 4 evi və 9 otaqlı mənzili, Eyfel qülləsi ; yaxınlığında ; iki mənzili, Nitsa da isə 4 villası olub. ;

1999-cu ildə ABŞ Senatının apardığı araşdırmaya görə, ; Ondimbanın illik ; xərcləri 63 milyon Avro təşkil edib.

Onun 30-dan artıq övladı olub və hamısına da ; bahalı hədiyyələr alıb. Bütün bunlar Qabon dövlətinin büdcəsi hesabına olub. Məsələn dövlət büdcəsi hesabına qızı Paskalin Mercedes, prezident özü Ferrari 612 Scaglietti F1, oğlu Ali Ferrari 456 M GT, 44 yaşlı xanımına 350 min funt sterlinq dəyərində olan ; ; mavi-hava rəngli Maybach alıb.

Peru gözəlini necə zorlamaq istədi

Bonqo qadınlara olan isti münasibəti ilə seçilib. ; O ilk dəfə 15 yaşlı ; Mari Jozefin Kama ilə evlənir. ; Prezident onu hamıya qısqanıb. ; Hətta bir dəfə bir kişi ona güldüyü üçün bir neçə gündən sonra onu ölü tapıblar.

;O sosial mövqeyindən asılı olmayaraq gözəl qadınlaırn vurğunu olub, Bu istər qaradərili olsun, istərsə də ağdərili...

;

Bir faktı qeyd etmək olar ki, Ondimba italiyalı dizayner ; Françesko Smalto ilə razılıq əldə edir ki, Parisdən ona ən gözəl xanımları gətirəcək və bunun əvəzində ona ildə 600 min dollar ; verəcək. ; Ondimba bu işdə ; Françesko ilə uzun illər əməkdaşlıq edir.

Mari Jozefin Ondimbadan 1986-cı ildə boşanır. Amma buna baxmayaraq aralarındakı isti münasibəti qoruyub saxlayırlar. ; Bundan sonra ; Mari Jozefin Afrikanın ən populyar müğənnilərindən biri olur. ; O daha çox Pasyans Daboni təxəllüsü ilə ; səhnədə çıxış edib. Onun bir çox mahnılaırnı Qabonun indiki prezidenti Ali ben Bonqo yazır.

Ondimba ikinci dəfə 1996-cı ildə ; özündən 29 yaş gənc bir qadınla evlənir.

2003-cü ildə ; Librevildə “İnsanlıq gözəlliyi” ; gözəllik yarışmasında perulu gözəl İvett Santa-Mariyanı öz yataq otağına aparır. Bu hadisə ; hətta beynəlxalq qalmaqala səbəb olur. Belə ki, 22 yaşlı perulu gözəli prezident sarayına görüşə dəvət edirlər. 67 yaşlı Ondimba ; gənc xanımı öz yataq otağına apararaq, ona böyük bir yatağı göstərir. Gənc ; xanım isə deyir: “Mən fahişə deyiləm, mən Peru gözəliyəm!”- əsəbi halda səsinin tonunu qaldıraraq, prezidentin yatağına ; girmədən ; saraydan qaçır. Perulu xanım otelə qayıdır, ancaq prezidentin təklifini qəbul etməyib, etiraz etdiyi üçün onu 12 gün otel otağında çıxmağa qoymurlar. ; İşə ancaq İnterpol, Avropa ; ictimai təşkilatları qarışdıqdan sonra ; perulu gözəl otel otağından buraxılır. Hətta Peru rəsmi şəkildə Qabon prezidentinə etiraz notası ünvanlayır.

Qabonsayağı şəxsiyyətə pərəstiş

Bütün bu hərəkətlərində baxmayaraq xalq Ondimbaya böyük rəğbəti olub. ; O hətta İspaniyadakı klinikaların birində dünyasını dəyişsə də, ; onun ölümünü rəsmi şəkildə elan etməyə cürət edən adam tapılmır. ; Ona görə də Ondimbanın ölümü ilə bağlı ; ilk xəbərlər ; Fransa ; mediasında yer alır. Hətta bu xəbərləri Qabon hökuməti rəsmi şəkildə ; təkzib edir və bununla bağlı Fransanın Qabondakı səfirliyinə etiraz notası verilir.

Onun ölüm xəbəri müxalifətin ; Ondimbanın ; öldüyü xəstəxanaya səfər etdikdən sonra ; təsdiqlənir. Belə ki, Parisdə səfərdə olan müxalifət nümayəndələri Ondimbanın səhhəti ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün onun müalicə olunduğu klinikaya ; gedirlər. Məhz bundan sonra ; rəsmi olaraq prezidentin ölümü etiraf olunur. ; Ondimbanının ölümü ilə əlaqədar olaraq ölkədə bir aylıq matəm elan olunur. ; Bonqo Ondimbanın tabutu ; düz 5 gün ; mərmərli Prezident sarayında qalır və onun üzərinə Fransadan gətirilmiş xüsusi ağ qızılgüllərlə bəzədilir. Bonqo Ondimba hərbi ehtiramla dəfn olunur və dəfn mərasimində 40 ölkənin ; başçısı iştirak edir. Onun yerinə isə oğlu Alo ben Bonqo Ondimba seçilir.

Hazırladı: Mürtəza

Ölkə.Az

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, ;ev heyvanının qeyri-adi üz quruluşu onu internet ulduzu edib.

27 yaşlı Lili Kambourian 23 iyul 2018-ci ildə qeyri-adi uzun burunlu itə ;sahiblənib.

Sahibinin dediyinə görə, iki ildə Erisin (itin adı) burnu 31 santimetrə qədər böyüyüb. Ev sahibi “İnstaqgram” səhifəsi yaradaraq qeyri-adi ev heyvanının fotolarını paylaşmağa başlayıb.

Unikal görünüşü sayəsində Eris tez bir zamanda məşhurlaşıb.

“Eris ilə gəzəndə yoldan keçənlər daim bizi dayandırır və onun cinsini tapmağa çalışırlar”, - deyən sahibi pandemiya bitəndən sonra itinin dünya rekordu üçün müraciət etməyi düşünür.

“Ölkə.Az” xəbər verir ki, bu qeyri-adi mərasimin fotoşəkili sosial şəbəkədə yayılıb. Vəftizin bu cür keçirilməsi insanlar tərəfindən maraqla qarşılanıb. Bu prosedur uşağın valideynləri tərəfindən təklif edilib.

"Təyin olunmuş gündə əvvəlcə uşağı su silahı ilə vəftiz etdik və sonra keşişlə xatirə şəkli çəkdirdik",- deyə onlar qeyd ediblər.

Bənzər vəftizlər artıq ABŞ-da ailələr üçün adi hal almağa başlayıb.

Ölkə.Az