Gözünə tatu etdirən qız kor oldu-FOTO

Avstraliyada gözünə tatu etdirən gənc qız müvəqqəti kor olub. 

Gözünə tatu etdirən qız kor oldu-FOTO
https://peyk.az

Peyk.az sonxebere istinadən xəbər verir ki, 24 yaşlı Ember Luk adlı qız göz bəbəyinin ağ hissəsinə tatu etdirdikdən sonra 3 həftə görmə qabiliyyətini itirib. Bədəninin hər yeri döymələrlə dolu olan Ember bu dəfə də gözünün ağ hissəsinin mavi olması üçün 40 dəqiqəlik prosedurdan keçib.
Ember bildirib ki, 25 yaşına qədər təpədən dırnağa qədər bədənini tatu ilə bəzəyəcək. Hazırda onun bədənində 200-ə qədər döymə var. O, haça dil və elf qulağına sahib olmaq üçün 37 min Avstraliya dolları, yəni 50 min manat xərcləyib.
Gözünə tatu etdirən qız kor oldu-FOTO