Əgər rəqibin sənə savaş elan edirsə... — Elnarə Xəlilova

''Ölkə.Az'' xəbər verir ki, ifaçının ''İnstagram''da paylaşdığı sərhədçi formasında olan görünüşünü belə şərh edib: ''Həyat mübarizədir. Əgər rəqibin sənə savaş elan edirsə, vacibdir ki, bu çağırışı qəbul edəsən. Və döyüşə alnı açıq, üzü ağ girəsən. Artıq kimin qalib, kimin məğlub olması önəmli deyil. Önəmli olan rəqibinin gözünün içinə mərdi-mərdanə baxa bilməkdir. Əgər bunu etməyə özündə cürət tapırsansa, demək ki, haqlısan. Haqlı tərəf isə şübhəsiz qalibdir. Mən fəxr edirəm ki, sərhədçiyəm!''

Əgər rəqibin sənə savaş elan edirsə... — Elnarə Xəlilova

Qeyd edək ki, E. Xəlilova Dövlət Sərhəd Xidmətində fəaliyyət göstərir. O hazırda leytenant rütbəsini daşıyır.

Ölkə.Az