Home Xarici Güclü qar Rumıniyanın qərb bölgəsini İFLİC EDİB

Güclü qar Rumıniyanın qərb bölgəsini İFLİC EDİB

159
0

Rumıniyada yağan güclü qar səbəbindən ölkənin qərb bölgəsindəki 14 rayonda və 11 milli yollarda fövqəladə vəziyyət qeydə alınıb.

PEYK.Az AZƏRTAC-a istinadən bildirir ki, güclü qar və külək 260 ağacı sındırıb, 36 avtomobilə ziyan vurub, 4 elektrik dirəyi qırılıb, bir çox evlərə zərər dəyib, 320 yaşayış məntəqəsində elektrik enerjisinin təminatı dayanıb. Karaş-Severin və Timiş bölgələrində xəstəxanaların, su stansiyalarının və digər strateji obyektlərin enerji ilə təminatı üçün 10 ədəd xüsusi konteyner gətirilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here