Home Xarici Gülənin qardaşı oğluna 7,5 il müddətinə həbs cəzası verildi

Gülənin qardaşı oğluna 7,5 il müddətinə həbs cəzası verildi

261
0
 Türkiyədə Fətullah Gülənin qardaşı oğlu Salman Gülən 7,5 il müddətinə azadlıqdan məhrum edilib.
PEYK.Az virtualaz.org-a istinadən bildirir ki, Salman Gülən “silahlı terrorçu qruplaşmaya üzv olmaqda” təqsirli bilinib.

Xatırladaq ki, Salman Gülən 2017-ci ilin dekabr ayında FETÖ qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı saxlanılıb. Həmin ilin fevral ayında Manisa əyalətində Gülənin digər qardaşı oğlu həbs olunmuşdu. 2016-cı ilin oktyabr ayında isə Gülənin qardaşı Kütbettin Gülən polis nəzarətinə götürülüb.

Türkiyə hakimiyyəti Gülənin FETÖ qruplaşmasını 2016-cı ilin iyul ayında hərbi çevrilişə cəhddə ittiham edir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here