Gülnarə Kərimovaya daha bir cinayət işi açıldı

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova barəsində daha bir cinayət işi yekunlaşıb.

Gülnarə Kərimovaya daha bir cinayət işi açıldı
https://peyk.az

Peyk.az xəbər verir ki, Gülnarə "hədə-qorxu ilə pul tələb etmə", "büdcə vəsaitlərini talama" və "qanunsuz vəsaitlərin xaricdə leqallaşdırılması” maattələri ilə ittiham edilib. Cinayət işi məhkəməyə göndərilib.

Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ildən həbsdədir. O, bundan əvvəl "mənimsəmə”, "hədə-qorxu ilə pul tələb etmə” və digər cinayətlərdə ittiham olunub. Sabiq prezident qızı 5 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan daha 10 il həbs cəzası əlavə olunmuşdu.