“GÜLÜMSƏYƏN DEPRESSİYA” – Cavan və uğurlu insanlar nə üçün intihar edir?

Saglamolun.az depressiyanın ən təhlükəli növlərindən biri olan

“GÜLÜMSƏYƏN DEPRESSİYA” – Cavan və uğurlu insanlar nə üçün intihar edir?

Peyk.az depressiyanın ən təhlükəli növlərindən biri olan "gülümsəyən depressiya" haqqında nevroloq Yaqut Lətifovanın yazısını təqdim edir. 

Son zamanlar bu termin daha da populyarlaşır. ”Gülümsəyən depressiyalı“ insanlar ətrafdakılara nə qədər xoşbəxt, üzügülər adam təsiri bağışlasalar da, daxilən gərgin, əhvalı pis, bədbin olurlar. Belə bir sual yaranır: Bu hal xəstəlik hesab edilirmi? Bəli, bu hal xəstəlik hesab olunur, çünki simptomları nə qədər maskalansa da depressiyadır. Psixologiyada bu “atipik depressiya” adlanır. Faktiki olaraq əhavlı düşük, işindən, məşğuliyyətindən həzz ala bilməyən, yaşamından sevinc hissi duya bilməyən insanlar uzun müddət bunu gizlətməyə çalışır.Bu şəxslər daha çox intihar etməyə meylli olurlar.

“Gülümsəyən depressiyalı” insanları təyin etmək bir qədər çətindir. Çox vaxt onlar özləri də əhvallarındakı dəyişikliklərin ciddiliyini sezməkdə çətinlik çəkirlər. Onlar düşünür ki,normal işləri, həyatları var, kədərlənməyə hər hansı ciddi bir səbəbləri yoxdur. Və hər gün ətrafdakılar üçün gülümsər, şən bir “maska” ilə günlərinə davam edərlər. Kənardan xoşbəxt, mərhəmət dolu, aktiv və səmərəli həyat tərzi sürürmüş kimi görünərlər.

Lakin daxilən belə şəxslər ümidsiz, əzgin olur, tez-tez istənilən yolla bu haldan qurtulmaq hissi keçirirlər. Gündəlik işlərinə davam etmək üçün səfərbər etdikləri güc, enerji onları daha da yorur, tükəndirir. Həyatlarında baş verən pozitiv hadisələrdən sanki “sevinir”, bir anlıq özlərini bu gərginlikdən qurtulmuş hesab etsələr də bir neçə dəqiqə sonra yenidən daxildən gələn əzginlik və ruh düşüklüyü onları əsarətinə alır.

Bu cür hal keçirən insanlarda həmçinin ifrat iştah, əl və ayaqlarda səbəbsiz ağırlıq hissi, yuxunun pozulması , erkən yuxuya meyllik və ya səhərlər yuxudan normal oyanmanın pozulması, axşam saatlarında hədsiz yorğunluq, başağrıları, ünsiyyətdə tənqid və ya rədd olunmanın patoloji həssaslıq və aqressiv qarşılanması kimi simptomları müşahidə olunur.

Gülümsəyən depressiv insanlar xüsusi temperamentə malik olur. Onlar bir işin başlanğıcında daha pessimist proqnozlar verir, baş verə biləcək neqativ halları dəfələrlə götür-qoy edir, uğursuluqları maksimal önləməyə çalışırlar.

Bu halı necə aradan qaldırmalı? İlk növbədə problemin olduğunu boynunuza alın və atipik depressiya adlanan xəstəlikdən qurtulmalı olduğunuzu bilin. İdman, fiziki aktivlik, meditasiya çox effektivdir. İxtisaslaşmış mütəxəssislərə müraciət edin. Yadda saxlayın ki, sağlam psixi durum və yaşam rifahı üçün məhz sizin üçün ən önəmlisi elə həyatınızdır, onu hiss etməyinizdir! Bunsuz həyatın mənası və məqsədi itir.

Sağlam olun! Sağlam bədəndə sağlam ruh olar!Peyk.Az

Peyk.Az