Gürcüstan Prezidenti barədə istintaq başladıldı

Gürcüstan Baş Prokurorluğu Prezident Salome Zurabişvilinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək imzaladığı qalmaqallı əfv fərmanı ilə bağlı onun barəsində istintaq başladıb. “Peyk.AZ”nun verdiyi xəbərə görə, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

Gürcüstan Prezidenti barədə istintaq başladıldı
https://peyk.az

“Gürcüstan Baş Prokurorluğu Ramaz Devadze, Aslan Bejanidze, Zurab Nadiradze və digərlərinin əfv edilməsi zamanı rəsmi səlahiyyətlərdən sui-istifadə halları ilə bağlı istintaqa başlayıb”, - deyə məlumatda qeyd olunub.

Məlumata görə, S. Zurabişvili avqustun 28-də “Mariamoba” bayramı ilə əlaqədar 34 məhkumu əfv edib. Onların arasında qətlə görə məhkum olunmuş üç nəfər və axtarışda olan bir nəfər də yer alıb

Bildirilir ki, R. Davadze 2014-cü ildə polis əməkdaşını qətlə yetirib.

A. Bejanidze 2004-cü ildə məşhur gürcü tarixçi Marik Lortkipanidzenin 18 yaşlı nəvəsini öldürüb, 12 il sonra həbs olunub.

1994-cü ildə gənc oğlanı qətlə yetirən Z. Nadiradze isə 23 il hüquq-mühafizə orqanlarından gizlənib, 2017-ci ildə həbs edilib.