Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə COVID-19-a yoluxanların sayı 75-ə çatıb

“Bolnisi rayonunun Muşevani kəndinin (Dəllər) bütün sakinləri tibbi müayinədən keçirilib”.

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə COVID-19-a yoluxanların sayı 75-ə çatıb

“Bolnisi rayonunun Muşevani kəndinin (Dəllər) bütün sakinləri tibbi müayinədən keçirilib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ;Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, kənddə 1 135 nəfərdən bioloji nümunə götürülüb və onların 75-i pozitiv çıxıb: “Gürcüstanda koronavirusla bağlı ən “qaynar nöqtə” Muşevani kəndidir. Virusa yoluxanların hamısı tibb müəssisələrinə çatdırılıb. Onların vəziyyəti qənaətbəxşdir, bəziləri artıq sağalıb. Eyni zamanda 60-a yaxın kənd sakini karantindədir”.

Qeyd edək ki, 250 ailənin yaşadığı Muşevani kəndində aprelin 25-dən sərt karantin rejimi tətbiq olunur. ; ;