Gürcüstanda daha 3 tibb işçisi koronavirusa yoluxub

“Gürcüstanda koronavirusa yeni yoluxan 8 nəfərin 3-ü tibb işçisidir”.

Gürcüstanda daha 3 tibb işçisi koronavirusa yoluxub

“Gürcüstanda koronavirusa yeni yoluxan 8nəfərin 3-ü tibb işçisidir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, həmin şəxslər Boçorişvili adına klinikanın əməkdaşlarıdır.

Baş nazir qeyd edib ki, yoluxma hallarının 2-nin mənbəyi hələ məlum deyil.

Qeyd edək ki, indiyədək qonşu ölkədə 72 tibb işçisinin COVID-19-a yoluxması təsdiqlənib. ;