Gürcüstanda meşə yanğınları - 70 hektar ərazi kül oldu

Gürcüstanın Şidi Kartli bölgəsində Dzama dərəsində meşə yanğınları davam edir.

Gürcüstanda meşə yanğınları - 70 hektar ərazi kül oldu
https://peyk.az

Peyk.az xəbər verir ki, yanğın artıq 70 hektara yaxın ərazini əhatə edib.
Kareli rayon yanğından mühafizə xidmətinin rəhbəri Kaxa Barbakadze jurnalistlərə bildirib ki, yanğın Muxileti kəndinə yaxınlaşıb.
Hadisə yerinə 20 yanğınsöndürmə briqadası və xilasedicilər cəlb olunub.
Yanğının daha geniş əraziyə yayılmasının və kəndə keçməsinin qarşısı alınıb.