Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır

Gürcüstanda qonaqlarını açıq havada yerləşdirmək imkanı olan ticarət mərkəzləri, “mall”lar və restoranlar bazar ertəsindən etibarən fəaliyyətə başlaya

Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır

Gürcüstanda qonaqlarını açıq havada yerləşdirmək imkanı olan ticarət mərkəzləri, “mall”lar və restoranlar bazar ertəsindən etibarən fəaliyyətə başlayacaqlar.

“Peyk.AZ” “TASS”a istinadən xəbər verir ki, müvafiq qərarı ölkənin Baş Naziri Georgi Qaxariya verib.

Restoranların açılmasından bir neçə gün əvvəl Səhiyyə Nazirliyi müştərilərə xidmət göstərilməsi ilə bağlı bir sıra tövsiyələr hazırlayıb. Səhiyyə Nazirliyində hesab edirlər ki, restoranlarda masalar arasında məsafə ən azı iki metr olmalıdır. Hər bir masanın arxasında altı nəfərdən artıq adam oturmamalıdır. Restoran sahibləri yalnız birdəfəlik süfrələrdən istifadə etməlidirlər və ya onların istifadəsini hər cür məhdudlaşdırmalıdırlar.

Qeyd edək ki, Gürcüstanda pandemiya ilə əlaqədar martın 21-dən mayın 22-dək fövqəladə vəziyyət rejimi tətbiq edilirdi. Aprelin 27-dən məhdudiyyətlərin yumşaldılmasına başlanılmışdı. Ölkədə 783 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 605-i sağalıb, 12-si vəfat edib.