Gürcüstanda saytlara kiberhücum - Saakaşvili təxribatı

Gürcüstanda saytlara kiberhücum - Saakaşvili təxribatı

Gürcüstanın Prezident Administrasiyasının www.president.gov.ge saytı da daxil olmaqla bir neçə sayt kiberhücumlara məruz qalıb.

Teleqraf.com xəbər verir ki, www.president.gov.ge saytında sabiq prezident Mixail Saakaşvilinin fotosu və “Mən qayıdacağam” sözləri yerləşdirilib.

Batumi və Kutaisi şəhər məhkəmələrinin rəsmi court.ge internet saytına, eləcə də bir neçə informasiya portalı və qəzet saytına da haker hücumu edilib.

Prezident Administrasiyasının saytı hələ ki, işlək vəziyyətdə deyil.

Faktla bağlı araşdırma aparılır.