Gürcüstandan ABŞ-İran qarşıdurmasına - Reaksiya

Gürcüstanın Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasında yaranmış gərgin vəziyyətdən narahatlıq ifadə edib.

Gürcüstandan ABŞ-İran qarşıdurmasına - Reaksiya
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Naziri David Zalkaliani məsələ ilə əlaqədar özünün Tvitter səhifəsində yazıb.

O qeyd edib ki, Gürcüstan ABŞ-ın Bağdaddakı səfirliyinə yönəlmiş təxribatçı hücumu qınayır: “ABŞ-ın öz vətəndaşlarının təhlükəsizliyini qoruması onun legitim haqqıdır”.

David Zalkaliani problemlərin diplomatik yolla həllinin vacibliyini vurğulayıb: "Vəziyyəti sabitləşdirmək və qarşıdurmanı azaltmaq üçün diplomatiyanın vaxtıdır".