Gürcüstandan qanunsuz gətirilən külli miqdarda siqaret müsadirə olundu - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında iki fakt üzrə müxtəlif markalı siqaret, spirtli içki və dərman preparatlarının ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, idarənin “Qırmızı Körpü”...

Gürcüstandan qanunsuz gətirilən külli miqdarda siqaret müsadirə olundu - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında iki fakt üzrə müxtəlif markalı siqaret, spirtli içki və dərman preparatlarının ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi “Mercedes Benz 1844”, Azərbaycan vətəndaşının isə idarə etdiyi “Mercedes Benz 1840 LS” markalı yük avtomobilləri saxlanılıb və maşınlara gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən üç şüşə spirtli içki, 6 000 ədəd “Marlboro” markalı siqaret, altı adda 53 qutu dərman preparatları və 10 ədəd tibbi ləvazimat aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.