Fələstin Trampın planını rədd etdi

Fələstin rəhbəri Mahmud Abbas və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə arasında telefon danışığı baş tutub.

Fələstin Trampın planını rədd etdi
https://peyk.az

Peyk.az xəbər verir ki, HƏMAS lideri Trampın “Əsrin müqaviləsi”nə qarşı çıxıb və bu planın Fələstin milli layihəsinin ləğv edilməsini hədəf seçdiyini bildirib.

Haniyə bütün fikir ayrılıqlarını bir kənara qoyub, Fələstin milli layihəsini ləğv etmək planına qarşı çıxmağa səsləyib. Fələstin prezidenti Mahmud Abbas və “Həmas” təşkilatının siyasi bürosunun rəhbəri İsmail Həniyyə ABŞ-ın “Yüz ilin müqaviləsi”nə qarşı birgə mübarizə aparmaq məsələsində razılığa gəliblər.

Xatırladaq ki , Tramp “Yüz ilin müqaviləsi”ndə fələstinlilərə suveren dövlət vəd edib. Plana əsasən Qüds bütövlükdə İsrailin ərazisi və paytaxtı olacaq.