Həbib Nurməhəmmədov idmanı tərk edir

UFC çempionunun sosial şəbəkədə yazdığı status pərəstişkarlarının həyəcanına səbəb olub. 

Həbib Nurməhəmmədov idmanı tərk edir
https://peyk.az

Peyk.az sonxeber.aza istinadən xəbər verir ki, Həbib idman karyerasını başa vurmaq istədiyini bildirib.
"Daim döyüşmək alınmır, hər oyunun sonu var. Özün ol, cavab verirəm, belə daha yaxşıdır", - deyə Həbib Nurməhəmmədov sosial şəbəkədə yazıb.
Pərəstişkarları isə bu statusu Nurməhəmmədovun idmandan gedəcəyi kimi qəbul ediblər.
Qeyd edək ki, bir müddət əvvəl Həbibin atası bildirmişdi ki, bir neçə döyüşdən sonra oğlu idmanı tərk edəcək.