Həmsədrlər Paşinyanın bəyanatlarını rədd edir – Fərid Şəfiyev

ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı sentyabrın 25-də verdikləri bəyanat göstərir ki, onlar Ermənistanın baş naziri Nikol Paşinyanın populist bəyanatlarını rədd edirlər.

Həmsədrlər Paşinyanın bəyanatlarını rədd edir – Fərid Şəfiyev
https://www.peyk.az

Teleqraf.com xəbər verir ki, bunu ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı ilə bağlı şərhində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

O qeyd edib ki, həmsədrlər danışıqların nəticəsini əvvəlcədən müəyyən edən təxribatçı ritorikanı qəbul etmədiklərini bildiriblər:

“Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu il avqustun 5-də Xankəndidə səsləndirilən bəyanatlara və ümumilikdə Ermənistan rəhbərliyinin bu kimi digər bəyanatlarına verdikləri ilk rəsmi reaksiyadır. Həmsədrlər ümumi açıqlamalarında təmas xəttində baş verən son itki ilə bağlı təəssüf etdiklərini bildirərək, sentyabrın 22-də azərbaycanlı hərbçinin öldürülməsini pisləyiblər.

Beləliklə, həmsədrlərin Ermənistan tərəfinin hərəkətlərinə mənfi münasibət göstərdikləri ilə bağlı ümumi nəticəyə gələ bilərik. Lakin bir sual yenə də açıq qalır – bütün bunlar danışıqların gələcəyinə necə təsir edəcək?”