Həzrət Məsumə (s) hərəminin köşkü zəvvarların yolunu gözləyir

Həzrət Məsumə (s) hərəminin köşkü zəvvarların yolunu gözləyir
https://peyk.az

SizinYol xarici mediaya istinadən xəbər verir: Həzrət Məsumə (s) hərəminin köşkü bu il də Nəcəfdən Kərbəlaya qədər yolda Ərbəin zəvvarlarına xidmət edəcək. Həzrət Məsumə (s) hərəminin köşkünün imkanları bu il daha da genişləndirilib. Xanım zəvvarlar bu səfərdə istirahət  üçün çətinlik çəkdiyindən onlar üçün daha münasib şərait yaradılıb. Həzrət Məsumə (ə) hərəminin köşkünün bir fərqli cəhəti də yüksək səviyyədə tibbi xidmət göstərilməsidir.