Home Texnologiya Hacker canlı yayımda Mark Zuckerberg-in Facebook səhifəsini hack edəcəyini elan etdi

Hacker canlı yayımda Mark Zuckerberg-in Facebook səhifəsini hack edəcəyini elan etdi

181
0

Tayvandan olan Chang Chin-yuan adlı hacker bu həftənin bazar günü canlı yayımda Facebook şirkətinin CEO-su Mark Zuckerberg-in səhifəsini hack etməyə çalışacaq. Bu barədə hacker öz Facebook hesabında bildirib. Məlumata əsasən Chang Chin-yuan Tayvanda olduqca məşhur hackerdir. Bundan öncə artıq o, məşhur platformaların sistemlərində boşluqları müəyyən mükafat qarşılığında axtarb tapıb. Qeyd etmək lazımdır ki, Facebook-da xüsusi tətbiq çalışır hansı ki, sistem boşluqları və bug-ları aşkar edir.

Platforma isə öz növbəsində sistem boşluqlarını şkar edərək onlar barədə dəstək xidmətinə məlumat verən insanları mükafatlandırır. Əgər Chang Chin-yuan bunu bacarsa bu o demək deyil ki, o, Mark Zuckerberg-in səhifəsini hack etmiş ilk şəxs olacaq. Belə ki, hələ 2011-ci ildə digər bir hacker bunu bacararaq Mark Zuckerberg-in səhifəsi vasitəsilə status yazmışdı. Əgər Facebook hackerin canlı yayımına qadağa qoymasa, həmin canlı yayım bazar günü günorta saatlarında start verəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here