Hamiləliyin və doğuşun vaxtı necə təyin

Tez-tez verilən suallardan biri “Hamiləliyin həftəsi necə hesablanır?” Buna aydınlıq gətirmək məqsədi ilə bir neçə üsulu izah etmək istəyirəm.

Hamiləliyin və doğuşun vaxtı necə təyin

Tez-tez verilən suallardan biri “Hamiləliyin həftəsi necə hesablanır?” Buna aydınlıq gətirmək məqsədi ilə bir neçə üsulu izah etmək istəyirəm.

Hamiləliyin müddəti və doğuşun vaxtının hesablanması anamnestik və obyektiv məlumatlara əsaslanır:

- Son aybaşının ilk günündən hesablanma: ilk günün tarixinə 280 gün əlavə edilir.

- Ovulyasiya günündən: son aybaşının ilk gününə  11 gündən 15 günə kimi, aybaşı dövrünün  (sikl) müddətindən asılı olaraq ( 21 günlük  sikldə - 10-11 gün, 24  günlük sikldə - 12 gün, 28 günlük sikldə - 15 gün), sonra alınan tarixə 10 dəfə 4 həftə əlavə olunur.

- Dölün ilk tərpənişindən:  ilk doğanlarda dölün tərpənişi 18-20-ci həftədə, təkrar doğanlarda 14-16-ci həftədə hiss olunur. Tərpəniş hiss olunduğu həftəyə ilk doğanlarda 20-22 həftə. Təkrar doğanlarda 24-26 həftə əlavə olunur.

- Neqel üsulu ilə təxmin edilən doğuşun tarixi təyin edilir - son aybaşının ilk günündən arxaya 3 ay çıxılır, üstünə 7 gün əlavə edilir.

39-40 həftəlik hamiləik obyektiv məlumatlara əsasən  təyin edilir: Qarnın çevrəsi - 95-100 sm Uşaqlığın dibinin hündürlüyü - 34-36 sm (boylama vəziyətində) Yetişmim dölün alın-ənsə ölçüsü – 12 sm Dölün uzunluğu. Çanaq ölçənlə olçülür - 24-25 sm və daha cox Yetişmiş hamiləlik zamanı uşaqlığın dibi xəncərə bənzər çıxıntı və göbək nahiyəsinin ortasında yerləşir.

Hamiləliyi planlaşdıran cütlüklər bilmədilər ki, hamiləliyin baş tutması üçün ovulyasiya mütləq olmalıdı. Partlamış yumurta 1 sutka ərzində mayalanma qabiliyyətində olur, sperma 3 sutka ərzində qadının genital orqanında canlı qalır. Biz pasientə tövsiyə edirik ki, ovulyasiya günü və ya bir gün öncədən cinsi əlaqə baş versin. Bu hamilə qalmaq şansını artırır.

Ovulyasiyanın baş verməsini bazal temperaturun olçülməsi ilə bilmək olar. Ovulyasiyadan bir gün öncədən hərarət 37 dərəcə və 0,4 dərəcə qalxa bilər, 3 gün yüksək olur. Sperma ücün ideal şərait zəif gələvi mühitdir. Bunu öncədən spermoqramı və uşaqlıq yolunun mühitini yoxlanmaqla bilmək olar. Türş və gələvi mühit spermanın müxtəlif potalogiyalarının göstəricisidir.

Nüşabə Əlişova, mama-ginekoloq, t.üzrə f.d, ATU, Cərrahiyyə klinikası

Nüşabə Əlişova Mama-ginekoloq

 

 

 

. Peyk.Az

Peyk.Az