Home İdman Hamşik: “Azərbaycana yuxarıdan aşağı baxmamalıyıq”

Hamşik: “Azərbaycana yuxarıdan aşağı baxmamalıyıq”

148
0

Slovakiya millisinin kapitanı Marek Hamşik Avro-2020-nin püşkatmasını dəyərləndirərkən deyib.

PEYK.AZ goal.aza istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Slovakiya mətbuatına açıqlamasında yığmamızı asan rəqib adlandırıb. Napoli-nin üzvü Azərbaycanla oyunda 6 xal qazanmalı olduqlarını bildirib: “Qrupumuzda Xorvatiya kimi çətin rəqib var. Onlar favoritdirlər. Dünya çempionatının gümüş mükafatçılarıdır. Fransada keçirilən Avropa çempionatında Uelslə başabaş mübarizə aparsaq da, bu komanda çox arzuolunmaz rəqibdir. Uelsin baş məşqçisi Rayan Giqqz rəqiblər üçün xoşagəlməz futbol oynadır. Maraqlıdır ki, indiyə qədər Macarıstana qarşı oynamamaışam. Qonşularımızla matçları səbirsizliklə gözləyirəm. Çünki onların yaxşı azarkeşləri var. Çoxsaylı fanatlar onları həm evdə, həm də səfərdə dəstəkləyirlər. Macarıstana qarşı iki maraqlı oyun keçirəcəyik. Azərbaycan isə çətin rəqib deyil. Ancaq onları qiymətləndirməyə bilmərik. Düzdür, altı xal almalı olduğumuz rəqibdir, lakin qeyd etdiyim kimi, Azərbaycana yuxarıdan aşağı baxmamalıyıq”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here