Hansı meyvələr şəkərli diabetdən qoruyur?

"Ölkə.Az" e-tibb.az-a istinadən bildirir ki, bu dəfə mütəxəssislər, hansı meyvələrin 2 -ci tip şəkərli diabetin (insulindən asılı olmayan şəkər) inkişaf riskini azaltmağa kömək edəcəyini müəyyənləşdiriblər.

Hansı meyvələr şəkərli diabetdən qoruyur?

Hesab olunur ki, bunun üçün qida rasionuna ; daha çox alma, qaragilə və armud daxil edilməlidir. Həkimlər bildirir ki, həmin meyvələrin tərkibindəki maddələr bu təhlükəli, eyni zamanda olduqca geniş yayılmış bir xəstəliyin inkişafının qarşısını almağa kömək edir.

Qeyd edək ki, 2-ci tip şəkərli diabetin əsasını insulinə qarşı bədən toxumalarının rezistentliyi təşkil edir. Bədən çəkisi normadan çox artıq olan (o cümlədən, piylənmə) və çox miqdarda qida qəbul edən şəxslərdə 2-ci tip şəkərli diabetin inkişaf riski artmış olur. İnsulindən asılı olmayan 2-ci tip diabetin müalicəsində əsas məqsəd karbohidrat mübadiləsini normallaşdırmaqdır. Düzgün qidalanma və gündəlik fiziki aktivliklə hüceyrələrin insulinə həssaslığını artırmaq mümkündür.

2-ci tip şəkərli diabeti olan insanların çox hissəsi artıq çəkili olur.

Bu barədə RT məlumat yayıb.

Mütəxəssislərin fikrincə, siyahıda adları qeyd olunan peşə sahibləri maaşlarının yüksəlməsinə ümid edə bilərlər:

Sosial media marketinqi (SMM) və PR (ictimaiyyətlə əlaqələr) üzrə mütəxəssislər;

Prodüserlər, menecment üzrə mütəxəssislər;

İT (informasiya texnologiyaları) mütəxəssisləri, internet-marketoloqlar;

Böhran əleyhinə idarəedicilər;

Maliyyə məsləhətçiləri;

Logistika menecerləri;

Vaxtın idarə edilməsi üzrə mütəxəssislər (“Time management”);

Həkimlər, psixoloqlar və psixoterapevtlər;

Onlayn dərs deyən müəllimlər və tərbiyəçilər;

Virtual bələdçilər;

Kənd təsərrüfatı işçiləri, aqronomlar, baytarlar. oxu.az

“Rosbalt” bu barədə həkimlərin açıqlamalarına istinadla xəbər yayıb.

Bildirilir ki, yüksək miqdarda xolesterin tərkibli qidaların müntəzəm istifadəsi qan damarlarına dağıdıcı təsir göstərir.

Belə ki, xolesterinlə zəngin olan mayonez, marqarin, “fast food”, hisə verilmiş ət və qızardılmış qidaların istifadəsi təhlükəlidir. Şirniyyat da mənfi təsir göstərir, çünki şəkər qan damarlarının daxili divarlarını zədələyir, bu da qoruyucu qatın itməsinə səbəb olur.

Damar daralmasında və bədənin müəyyən bölgələrinin qanla təchizatında nikotin əsas səbəblərdən biridir. Uzun müddət siqaret çəkmək qan damarlarının daxili təbəqəsinin hüceyrələrini məhv edir.

Həkimlər insanları arterial təzyiqlərinə nəzarət etməyə çağırırlar. Çünki yüksək təzyiqlə vurulan qan damarlarda anevrizmalar yarada və yırtılmaya səbəb ola bilər.