Hansı vərdişlər xərçəng riskini artırır?.. - İsrail mediası

Ən adi görünən vərdişlərin ciddi nəticələrə səbəb ola biləcəyini çox az adam bilir.

Hansı vərdişlər xərçəng riskini artırır?.. - İsrail mediası
https://peyk.az

Tibb alimləri bir sıra araşdırmalar sayəsində xərçəngə səbəb olan vərdişləri tapıblar. 


1. Həddindən artıq şəkər qəbulu. Laboratoriya tədqiatları şəkərin döş xərçənginə səbəb ola biləcəyini göstərib.


2. Vitaminlər. Onları həkim resepti olmadan həddindən artıq qəbul etmək xərçəng riskini artırır.


3. Piylənmə. Dərhal onkoloji şişlərin bir neçə növünə - qalxanvari vəz , sinə, bağırsaq və qida borusu xərçənginə aparır.


4. Fiziki passivlik. Əgər oturaq həyat tərzi keçirirsinizsə, xərçəng riski kəskin şəkildə artır.


5. Gecələr işləmək. Bədənin bütövlükdə vəziyyətinə mənfi təsir göstərir, çünki immun sisteminin fəaliyyətini zəiflədir.


6. Çox isti içkilərin tez-tez istifadəsi. Qida borusu xərçənginin inkişafına səbəb olur.


Qeyd edilir ki, bir insanın yemək prosesində çox tez doyması qaraciyər xərçənginin inkişafının ilkin mərhələsinə işarə edə bilər. Bu nəticəyə Böyük Britaniyadakı Xərçəng Araşdırma Mərkəzinin mütəxəssisləri gəlib.