“Hazırki Ermənistan rəhbərliyi də öz sələfləri qədər cinayətkardır” - Əsli Kazımova

“Ermənistan hakimiyyəti hər zaman ya cinayətkarlardan, ya da cinayətə susanlardan ibarət olub”.

“Hazırki Ermənistan rəhbərliyi də öz sələfləri qədər cinayətkardır” - Əsli Kazımova

“Ermənistan hakimiyyəti hər zaman ya cinayətkarlardan, ya da cinayətə susanlardan ibarət olub”.

Bu fikirləri Peyk.az-a açıqlamasında Emrənistanda cinayətkar qüvvələrin hakimiyyətdə bir-birilərini əvəz etməsinə münasibət bildirən Azərbaycan Sosial Rifah Partiyası (SRP) sədrinin birinci müavini Əsli Kazımova deyib.

Onun sözlərinə görə, heç kəsə sirr deyil ki, Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sarkisyan Xocalı Soyqrımının törədilməsində birbaşa iştirak ediblər:

“Hazırki Ermənistan rəhbərliyi guya cinayətkar deyil? Məgər mövcud Ermənistan hakimiyyəti adlarını çəkdiyimiz işğalçı və cinayətkar rejimdən nə ilə fərqlənir? Həmin işğalçılıq siyasətini davam etdirmirlərmi?

Ermənistanın hazırki hakimiyyəti də öz mahiyyətinə görə əvvəlki iqtidarlardan geri qalmır axı… Eyni məkrli siyasi ambisiyalara xidmət edirlər. Ermənistanın indiki rəhbərliyi işğal olunmuş Azərbaycan torpaqlarında “andiçmə” mərasimi keçirmədimi?

Bu azmış kimi, Azərbaycan tərəfindən səsləndirilən antierməni bəyanatlarına həyasız şərhlər də verirlər. Ermənistanın tutduğu mövqe uzun müddət davam edə bilməz.

Ermənistan hakimiyyəti xaricdən aldığı yardımların davam etməsi üçün Ermənistan əhalisini acınacaqlı vəziyyətdə yaşamağa məhkum edir. Onsuz da xaricdən alınan yardımları Ermənistanın oliqarxları mənimsəyirlər.

Öz xalqını acınacaqlı və səfalət içində yaşamağa məhkum edən Ermənistan hakimiyyəti əsl cinayatkar bir rejimdir. Hesab edirəm ki, Ermənistana yardım edən dövlətlər və qurumlar bu barədə düşünməlidirlər. Əks halda, Dağlıq Qarabağın işğalına susan dünya ictimaiyyəti daha pis “sürpriz”lərlə qarşılaşacaq”.

Aqil Bəkir

www.peyk.az