Həbib Nurməhəmmədovun doğulduğu kənd karantinə alındı

Dağıstan Respublikasında məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun anadan olduğu Sildi kəndi koronavirus pandemiyası ilə əlaqədar karantinə götürülüb. Lenta.ru xəbər verir ki, bu barədə Sildi kənd administrasiyasının rəhbəri, idmançının dayısı Abdurrəhman Abdurrəhmanov məlumat verib. “Sildi kəndinə giriş-çıxış mayın 1-dən etibarən rayon mərkəzi...

Həbib Nurməhəmmədovun doğulduğu kənd karantinə alındı

Dağıstan Respublikasında məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun anadan olduğu Sildi kəndi koronavirus pandemiyası ilə əlaqədar karantinə götürülüb.

Lenta.ru xəbər verir ki, bu barədə Sildi kənd administrasiyasının rəhbəri, idmançının dayısı Abdurrəhman Abdurrəhmanov məlumat verib.

“Sildi kəndinə giriş-çıxış mayın 1-dən etibarən rayon mərkəzi Aqvalidə koronavirusa yoluxma hallarının artması səbəbindən bağlanıb”, - deyə, kənd administrasiyasının rəhbəri qeyd edib.

A.Abdurrəhmanov əlavə edib ki, kəndin ərzaq təminatında çətinliklər var və yerli sakinlər şəxsi ehtiyatlardan istifadə edirlər.