Heydər Əliyev prospektində "Mercedes"lə "Daewoo" toqquşdu, xəsarət alan var

Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Peyk.az xəbər verir ki, qəza Heydər Əliyev prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, əsas yoldan köməkçi yola çıxmaq istəyən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi 99-AN-192 dövlət qeydiyyatlı "Daewoo" markalı avtomobilə çırpılıb.

Hadisə zamanı "Daewoo"nun sürücüsü yüngül xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası cəlb edilib. Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib. Hadisənin təfərrüatı araşdırılır.

Heydər Əliyev prospektində "Mercedes"lə "Daewoo" toqquşdu, xəsarət alan var - FOTO