Hikmət Hacıyev Türkiyənin nüfuzlu qəzetinə müsahibə verdi - FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Sabah” qəzetinə müsahibə verib.  Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb. “Məmnuniyyətlə “Sabah” qəzetinə Ermənistanın işğalçılıq siyasəti və müharibə cinayətləri barədə müsahibə verdim”, - o bildirib.  Müsahibəsi zamanı...

Hikmət Hacıyev Türkiyənin nüfuzlu qəzetinə müsahibə verdi - FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Sabah” qəzetinə müsahibə verib. 

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

“Məmnuniyyətlə “Sabah” qəzetinə Ermənistanın işğalçılıq siyasəti və müharibə cinayətləri barədə müsahibə verdim”, - o bildirib. 

Müsahibəsi zamanı H.Hacıyev deyib ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ üçün masada Türkiyənin olması məsələsində çox israrçıdır:

“Türkiyə Cənubi Qafqaza qonşu və qardaşımızdır. ATƏT-in Minsk qrupunun üzvüdür. Yalnız bu coğrafiyaya deyil, bütün dünyada sülhə, ədalət və haqqın yerini tutmasına töhfə verən Türkiyə olmazsa, olmaz”.

Məmnuniyyətlə @Sabah qəzetinə Ermənistanın işğalçılıq siyasəti və müharibə cinayətləri barədə müsahibə verdim. pic.twitter.com/GTUHg9XOz2