“Hilton” otellər şəbəkəsinin sahibi vəfat etdi - FOTO

"Hilton" otellər şəbəkəsinin sahibi Barron Hilton 91 yaşında Los-Ancelesdəki evində vəfat edib.

“Hilton” otellər şəbəkəsinin sahibi vəfat etdi - FOTO
https://peyk.az
“Hilton” otellər şəbəkəsinin sahibi vəfat etdi - FOTO
“Hilton” otellər şəbəkəsinin sahibi vəfat etdi - FOTO
“Hilton” otellər şəbəkəsinin sahibi vəfat etdi - FOTO

BAKU.WS xəbər verir ki, Barron Hiltonun oğlu Steven M. Hilton atasının öldüyünü təsdiqləyib. 
 
Barron Hiltonun nəvəsi amerikalı müğənni, fotomodel və aktrisa Paris Hilton bu xəbərə çox məyus olduğunu bildirib:

"O, əfsanəvi, uzaqgörən, parlaq, yaraşıqlı, xeyirxah idi. Maraqlı və macəra dolu bir həyat yaşayırdı".

Barron Hilton Konrad Hiltonun oğludur. 1927-ci ildə ABŞ-da anadan olub. Barron Hilton Amerika Futbol Liqasının qurucusu idi. 91 yaşında vəfat edən Barron Hilton yardım etməyi çox sevən bir insan kimi tanınırdı. 1947-ci ildə Barron Hilton Marilin Jun Havli ilə evlənib. Bu evlilikdən 8 övladı dünyaya gəlib.