Hindistan filmlərinin parlayan ulduzu Amir Xanın ən məhşur 30 filmi

Məşhur Bollivud ulduzunun rol aldığı ilk filmləri görəndə heyran olacaqsınız.

Hindistan filmlərinin parlayan ulduzu Amir Xanın ən məhşur 30 filmi

Dünyanın heyranlıqla izlədiyi Amir Xanın son filmlərindən ilk filmlərə qədər geniş bir siyahı hazırladıq. Məşhur Bollivud ulduzunun rol aldığı ilk filmləri görəndə heyran olacaqsınız.

Peyk.az həmin siyahını təqdim edir:

1. Laal Singh Chaddha (2020)

Dram və komediya janrında olan filmə Amerikalı Forrest Gump-ın Hindistan versiyası deyə bilərik. Treyleri hələ göstərilməyib.

2. Thugs of Hindostan (2018)

John Clive quldurların içinə sızmaq sızdırmaq və təhlükənin qarşısını almaq üçün əhəmiyyətsiz bir quldur olan Firangi Mallahı (Aamir Khan) işə götürür. Ancaq Firangi bu müddətdə həqiqi kimliyini dərk edəcək və özü üçün yeni bir yol izləyəcək.

3. Secret Superstar (2017)

Bir gün dünyanın ən yaxşı müğənnisi olmağı xəyal edən müsəlman ailəsinin 14 yaşlı qızı İnsiya atasının davamlı təzyiqlərinə dözə bilmir. Ümidini itirəndə tanış olduğu məşhur musiqi rejissoru Shakti Kumaar (Aamir Khan) onu heç kimin edə bilmədiyi bir şəkildə cəsarətləndirir.

4. Dangal (2016)

Güləşdə bir çox regional uğurlar qazanan və hətta Hindistan çempionu olmuş Mahavir Singh (Aamir Khan) təcrübələrini ötürəcək Hindistan üçün beynəlxalq bir medal qazanacaq bir oğlunun olmasını hər şeydən çox istəyir. 4 qızı olmasına baxmayaraq, oğlu yoxdur.

5. PK (2014)

PK. bir qəribin şəhərlə bağlı düşüncələrinin komediyasıdır.

6. Dhoom 3 (2013)

Sirk ifaçısı, sehrbaz və ryni zamanda akrobat atasının ölümünün qisasını almaq üçün Çikaqoda bir bankı ələ keçirmək üçün oğruya çevrilir.

7. Talaash: The Answer Lies Within (2012)

Bir polis (Aamir Khan), evdar qadın (Rani Mukherjee) və fahişə (Kareena Kapoor) həyatlarını bağlayan gözlənilməz bir sirlə rastlaşırlar.

8. Dhobi Ghat (2011)

Mumbayda fərqli həyat və keçmişi olan insanların ilə təsadüfən kəsişən hekayəsindən ibarət bir filmdir.

9. 3 Idiots (2009)

Hindistanda ən yaxşı mühəndislik məktəbinə başlayan tələbələrin həyatından bəhs edir.

10. Ghajini (2008)

Sanjay Singhania Hindistanın ən böyük iş adamlarından biridir. İş gəzintisinə qayıdarkən nişanlısı evində öldürülür və özü də ağır yaralanaraq sağ qalır. Lakin…

11. Taare Zameen Par (2007)

Hərfləri və nömrələri qavramaq problemi olan bir uşağa qarşı ətrafı və ailəsi tərəfindən tənbəl və axmaq kimi davranır.

12. Fanaa (2006)

Zooni çox gözəl bir qızdır, görmə qabiliyyəti zəifdir. Bir gün tur bələdçisi olan Rehanla tanış olur və ona aşiq olur.

13. Rang De Basanti (2006)

Sue İngilis tədqiqatçısıdır və Hindistan mədəniyyətinə maraq göstərir. Babasının yazdığı gündəliklərə əsaslanaraq Hindistana getmək və müstəqillik uğrunda mübarizələri haqqında sənədli film çəkmək istəyir.

14. Mangal Pandey: The Rising (2005)

Mangal Pandey (Aamir Khan) 19-cu əsrin ortalarında İngilis Şərqi Hindistan Şirkəti adlı bir İngilis şirkətinin əsgəridir. İngilislər tərəfindən toplanan yüz mindən çox hind əsgərinin olduğu Sepoylardan biridir. Mangal və İngilis məmuru William Gordon dost olsalar da, dostluqları ağır sınaqdan keçir.

15. Dil Chahta Hai (2001)

Üç möhkənm dost: Sevgi, dostluq, ayrılıq, təklik, sevinc və kədər tapa biləcəyiniz bir şah əsər.

16. Lagaan (2001)

İngilis müstəmləkəsi altında yaşamaq məcburiyyətində qalan insanların mübarizəsindən bəhs edən filmdə Aamir xan baş rol alır.

17. Mela (2000)

IMDb-nin olduqca ədalətsiz olduğunu düşündüyümüz bu filmdə Amir Xan qarşımızda qarışıq bir xarakter olaraq görünür.

18. Mann (1999)

Amir xan heç bir şey etməyən və azad bir insandır. Hər çiçəkdən bal almaq istəyən gənc o qədər aşiq olur ki, hər ikisinə baha başa gəlir.

19. Sarfarosh (1999)

Romantika, casusluq və macəra janrında olan filmdə Amir Xan və Sonali Bendre baş rollar canlandırır. Filmdə Pakistan Hindistanı qarışdırmaq və qəbilələrin üsyan qaldırması üçün səy göstərmək üçün casuslar vasitəsi ilə ölkəyə silah atmağa çalışırlar.

20. Earth (1998)

1947-ci ildə Hindistan və Pakistan arasındakı sərhədlərin qoyulduğu vaxtda gənc qızın faciəsindən bəhs edir.

21. Ghulam (1998)

Siddrath oğurluq və boksdan başqa heç nə düşünməyən bir gəncdir. Qardaşı Jai’nin patronu Ronni üçün kuryerdir, ancaq Alişaya aşiq olduqdan sonra hər iki gəncin həyatı gözlənilməz bir şəkildə dəyişir.

22. Ishq (1997)

Dörd fırıldaqçı təcrübəsindən bəhs edən film 90-cı illərin incə romantik komediyasıdır. Əylənməyə hazır olun.

23. Raja Hindustani (1996)

Raja və Aarti tezliklə bir-birini sevməyə başlayırlar, amma Aartinin atası bu münasibətə icazə verməyəcək.

24. Akele Hum Akele Tum (1995)

Hekayə musiqini sevən bir qıza mahnı oxumağı öyrətmiş yeniyetməyə aşiq olması ilə başlayır. Qısa müddətdə evlənirlər və bir övladı var. Ancaq heç nə əvvəlki kimi deyil…

25. Rangeela (1995)

Gənc oğlanın sevgilisinin film ulduzuna çevrilməsi il, aralarındakı dostluq və sevgi yox olmağa başlayır.

26. Andaz Apna Apna (1994)

Bir mirascının sevgisi üçün yarışan iki tənbəl insan təsadüfən pis bir cinayətkarın qəyyumu olur. Sitcom tipli film sizə 90-ların əyləncəli anlarını bəxş edəcək.

27. Hum Hain Rahi Pyar Ke (1993)

Rahul Malhotra (Amir Khan) borclu ailə biznesinin meneceri və mərhum bacısının yaramaz uşaqlarının qəyyumudur. Rahul Vaijayanti baxıcı kimi işə götürür. Vaijayanti ortodoks ailəsi onun üçün seçdiyi adamla evlənmək istəmədiyi üçün evdən qaçıb. Təxmin edildiyi kimi, Rahul və Vaijayanti aşiq olurlar.

28. Jo Jeeta Wohi Sikandar (1992)

Zəngin bir oğlan və kasıb bir yeniyetmə ən nüfuzlu kolleclərdən birinin tədbirində marafon velosiped yarışında yarışaraq bir qızı heyrətləndirməyə çalışır. Görək kim üstünlük təşkil edəcək?

29. Daulat Ki Jung (1992)

İki gənc aşiq evlənmək üçün dəfn edilmiş xəzinəni tapmalıdır. Ancaq nəzərə almadıqları bir şey var. Bu xəzinəni axtaran tək onlar deyil.

30. Dil (1990)

Bir ada, oğlunun varlı biri ilə evlənmə şansını artırmaq üçün zəngin bir sənayeçi kimi davranır, amma işlər planlaşdırıldığı kimi getmir.

www.peyk.az