Hindistanda ötən gün 8 400 nəfərdə COVID-19 aşkarlandı

Hindistanda koronavirusa yoluxma faktlarının sayı 182 143-ə yüksəlib

Hindistanda ötən gün 8 400 nəfərdə COVID-19 aşkarlandı

Hindistanda koronavirusa yoluxma faktlarının sayı 182 143-ə yüksəlib.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.

Ötən gün Cənubi Asiya ölkəsində 8 400 ;nəfərə koronavirus diaqnozu qoyulub.

Məlumata görə, indiyədək 86 983 nəfər koronavirusdan sağalsa da, 5 164 nəfər ölüb. ;

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,1 milyonu ötüb. Bunların 2,7 milyon nəfərdən çoxu sağalıb, 371 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.