Həmkəndlisinin avtomobilini atəşə tutdu - HƏBS

Aprelin 18-də İsmayıllı rayonunun Namazgah kəndi ərazisində kənd sakini Q.Mürsəlovun ov tüfəngindən açdığı atəşlə həmkəndlisi F.Mirzəzadəyə məxsus “LADA-21214” markalı avtomobilə qismən ziyan vurması barədə RPŞ-yə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Peyk.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən xuliqanlığı törətməkdə şübhəli bilinən Q.Mürsəlov saxlanılmış və ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

www.peyk.az