Hollandiya Baş naziri: “İŞİD üzvü olan vətəndaşlarımız Türkiyədə...”

İŞİD terror təşkilatının üzvləri Türkiyə və ya İraqın Ərbil bölgəsində Hollandiya missiyalarına müraciət edəcəyi təqdirdə onları məcburi ölkəyə qəbul etməli olacağıq.

Hollandiya Baş naziri: “İŞİD üzvü olan vətəndaşlarımız Türkiyədə...”
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri Hollandiya Baş naziri Mark Rutte deyib.

Baş nazir İŞİD üzvü olanların uşaqlarının durumunu “çox qorxulu vəziyyət” kimi qiymətləndirib: “Amma onlar da böyüyəndə risk yarada bilərlər. Mən 1-2 yaşlı uşaqlardan deyil, daha böyük uşaqları nəzərdə tuturam.

Onların valideynləri özlərinə ölüm təhlükəsi yaradan bölgələrə getməklə övladlarını da pis duruma saldılar. Bu, valideynlərin məsuliyyətidir. O uşaqları Suriyaya biz göndərməmişik”.